Logo

DİN-dən itkin düşən məktəblilərlə bağlı AÇIQLAMA - YENİLƏNİB

16.01.2023 10:44 470 baxış
IMG

Daxili İşlər Nazirliyi Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı xəbərə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulinin yeri müəyyən edilib.

Məlum olub ki, o Gəncə şəhərində atasının yanına gedib.

Şəkidə itkin düşən polis əməkdaşları tərəfindən 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevin getdiyi istiqamət müəyyən edilib və tapılaraq ailəsinə qaytarılması təmin olunacaq.

09:21

Paytaxtın Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin itkin düşüb.

"Tehsil.biz"in məlumatına görə, N.Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Bundan başqa, Şəkidə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki fakt araşdırılır.

Xəbər lenti