Şəmkir rayon Kimya-biologiya təmayüllü liseydə "İnnovativ Bioloq" layihəsinin iştirakçı müəllimlərinin təhsil eksperti Qoşqar Məhərrəmovla virtual görüşü keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə layihənin eksperti Hafiz Pənahov, təlimçi Kəmalə Nəhmədova və layihə rəhbəri Ülkər Süleymanova da iştirak edib.
Qoşqar Məhərrəmov layihə iştirakçılarına yeni dərs metodları, dərslərin interaktiv və müasir metodlarla keçirilməsi ilə bağlı töhfələr və "İnnovativ Bioloq" layihəsində nəzərdə tutulan bir neçə applikasiyaların biologiyada hansı mövzularda tətbiqi ilə bağlı nümünələr göstərib.