Logo

Naxçıvanda daha 2 tələbə qız dəm qazından zəhərləndi

16.01.2023 11:12 417 baxış
IMG

Naxçıvan şəhərində kirayədə yaşayan daha 2 tələbə qız dəm qazından zəhərlənib.

Tehsil.biz "APA"ya istinadən xəbər verir ki, Kəngərli və Şərur rayon sakinləri 2002-ci il təvəllüdlü Nurgül Qasımova və 2000-ci il təvəllüdlü Ayşən İsmayılova hamamda dəm qazının sızması nəticəsində zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri stabildir.

Faktla bağla araşdırma aparılır.

Qeyd edək ki, yanvarın 14-də Naxçıvanda üç tələbə qız dəm qazından zəhərlənmişdi.

Xəbər lenti