Ərdəbildə 30 şagird dəm qazından zəhərlənib.
APA xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Mərkəzi məlumat verib.
Məlumata görə, bu gün Ərdəbilin Fərzəngən məktəbinin 30 şagirdi dəm qazından zəhərlənib.
Şagirdlər xəstəxanaya yerləşdirilib.