Masallıda məktəbli qız intihara cəhd edib.
"Tehsil.biz"in “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib.
Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.
Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Masallı rayon 1 saylı orta məktəbinin direktorunun "Tehsil.biz"ə verdiyi məlumata görə, hüquq mühafizə orqanları tərəfindən hadisəsnin başvermə səbəbləri araşdırılır.