Mingəçevir şəhər 20 saylı məktəbin istilik sisteminin işləməməsinin səbəbi qaz borusunun ana xəttində yaranmış nasazlıqla əlaqədardır.
Bu barədə "Tehsil.biz"ə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər üzrə Təhsil Sektorundan verilən məlumat verilib.
Bildirilib ki, yaranmış nasazlığın aradan qaldırılması üçün Tərtər Regional Qaz İstehsalat İdarəsinin Mingəçevir Xidmət sahəsinə müraciət olunmuş, baxış keçirilərək nasazlığın səbəbi aşkarlanıb:
"Nasazlığın aradan qaldırılması üçün 4 000 abonentlik "Günəşli" yaşayış massivinə qaz verilməsinə müvəqqəti fasilə verǝrǝk nasazlığın aradan qaldırılması və məktəbəǝ qaz verilməsinin bərpası nəzərdə tutulub. Təmir işinin sabah günorta saatlarında görülməsi nəzərdə tutulub".
Qeyd edək ki, sosial şəbəkədə Mingəçevir şəhər 20 nömrəli məktəblərdə istilik probleminin olduğu ilə bağlı məlumat paylaşılmışdı.
Mərcanə Əsədova