Logo

Gəncədə kollecdəki yanğında zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar

16.01.2023 21:14 481 baxış
IMG

Gəncə Dövlət Universitetinin Regional Kollecində baş vermiş yanğın zamanı tüstüdən zəhərlənən tələbələr evə buraxılıb. 

"Tehsil.biz"in “Report”a istinadən məlumatına görə, Şahsevənlər küçəsində yerləşən kollecdə tüstüdən zəhərlənən tələbələrə tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb və müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, kollecdə elektrik naqillərində yaranmış qısaqapanma səbəbindən yanğın baş verib. Hadisə zamanı 14 tələbə tüstüdən zəhərlənib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti