Logo

Regional Təhsil İdarəsi məktəblinin intiharı ilə bağlı məlumat yayıb

16.01.2023 22:05 429 baxış
IMG

Yanvarın 16-da saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi məktəbin 3-cü mərtəbəsindən özünü atıb.

Bu barədə "Tehsil.biz"ə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə baş verdikdən dərhal sonra şagird Təcili Tibbi Yardım vasitəsilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

"Hazırda məktəblinin vəziyyəti orta qiymətləndirilir. 

Hadisə ilə bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Xəbər lenti