Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin qalib layihələrindən olan "Azad Şuşanın qurucu STEAM şagirdləri" layihəsinin "6-lı Günəş enerjili robot təlim dəsti ilə iş" "Günəş enerjisi ilə işləyən robot maşının yığılması" adlı növbəti təlimi uğurla baş tutub.
Tehsil.biz xəbər verir ki, təlimçi Alternativ enerji mənbələri haqqında məlumat verdikdən sonra şagirdlər robot maşınları böyük həvəslə qurublar.
Təlimlərdə Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin şagirdləri ilə yanaşı, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edirlər.