Cəlilabad rayon təhsil sektoruna müvəqqəti müdir təyin olunub.
Tehsil.biz xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Cəlilabad rayon təhsil sektorunun aparıcı məsləhətçisi İlkin Zeynalov 17.01.2023-cü il tarixindən 3 ay müddətinə sektor müdirinin vəzifə səlahiyyətləri həvalə edilib.
Qeyd edək ki, İlkin Zeynalov təyinatdan öncə Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb. Onun oğlu 44 günlük Vətən müharibəsinin qazisidir.