Logo

Xəzər Universiteti Potensial Məktəb Direktorları təlimlərinə yenidən start verir

17.01.2023 15:40 465 baxış
IMG

Xəzər Universiteti fevralın 1-dən Potensial Məktəb Direktorları kursunun təlimlərinə yenidən start verir.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, təhsilin idarə olunması, məktəbdə kurikulumun tətbiqi, maliyyə, statistika, psixologiya, təhsil hüququ, məntiq və informasıya texnologıyaları fənləri üzrə təlimlər universitetin peşəkar müəllimləri tərəfindən tədris ediləcək.

Sonda iştirakçılara sertifikatlar təqdım olunacaq.

Xəbər lenti