Bakının 219 saylı tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova İctimai TV-də yayımlanan “Milyonların şousu” intellektual verilişinə qatılıb.
Tehsil.biz xəbər verir ki, S.Novruzova 8 min manat qazanıb.
Belə ki, 12-ci suala qədər mübarizə aparan müəllim ona da düzgün cavab verməklə həmin məbləği əldə edib.
O, qazandığı pulu iki övladının və maddi imkanı zəif olan bir ailənin qızının təhsilinə xərcləyəcəyini bildirib.