Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin direktoru Bəhram İmranov təqaüdə yola salınıb.
Tehsil.biz xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, müvafiq sektor müdirləri və idarənin əməkdaşları məktəb direktoru ilə görüşərək ona təşəkkürnamə və hədiyyə təqdim edib, can sağlığı arzulayıblar.