Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Tehsil.biz xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, araşdırmalarla məlum olub ki, həmin şəxs digər azyaşlıya qarşı da bu məzmunda hərəkətlər edib:
“Əlavə məlumat veriləcək”.
11:02
Bakıda Nərimanov rayonunda məktəbli qızlardan birinə manyak yaxınlaşıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.
Naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib.
Məktəbli onun təklifini rədd edərək yaxındakı mağazaya daxil olub.
Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alnıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Həmin hadisənin görüntüləri təqdim edirik: