Logo

Bakı Biznes və Kooperasiya Kollecində konfrans keçirilib

19.01.2023 19:28 293 baxış
IMG

Bakı Biznes və Kooperasiya Kollecində 2023-cü il - “Heydər Əliyev İli” çərçivəsində və 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Kollecin müəllim heyəti, eyni zamanda “Silinməz yazıdır 20 yanvar!” mövzusunda məktəblilər arasında keçirilmiş inşa-yazı və rəsm müsabiqələrinin qalib və fərqlənən şagirdləri iştirak etmişlər.

Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən natiqlər bildiriblər ki, 20 Yanvar hadisələrinin baş verməsindən 33 il ötsə də, xalqımız indiyədək bu faciəni unutmur, azadlığa gedən bu yolda göstərilən qeyrət, iradə və hünərlə fəxr edir. Qeyd edilib ki, ötən illər ərzində xalqımızın mübarizə əzmi əyilmədi, əksinə bu istiqamətdə gücümüzü artırdıq, iradəmizi möhkəmləndirdik. 2020-ci ildə Vətən müharibəsində qazandığımız Böyük Qələbə bunu bir daha sübut etdi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq savaşımız torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Bu zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Sonda “Silinməz yazıdır 20 yanvar!” mövzusunda keçirilmiş inşa-yazı və rəsm müsabiqələrinin qalibləri müvafiq dərəcəli diplom və medallar, fərqlənən şagirdlər isə fəxri fərmanlar ilə təltif olunmuşlar.

Xəbər lenti