Gəncə Dövlət Universitetində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, professor-müəllim heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxa nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər Heydər Əliyev sayəsində ilk siyasi-hüquqi qiymət verildiyini, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyini bildirib.
Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, Ümumilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb, 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərin rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən faciə qurbanlarının yaxınlarına və faciədən əziyyət çəkmiş insanlara xüsusi dövlət qayğısı göstərilir.
Daha sonra tədbir iştirakçılarının məruzələri dinlənilib.