Logo

İrlandiyada “WhatsApp” 5,5 milyon avro cərimələnib

20.01.2023 14:34 361 baxış
IMG

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası şəxsi məlumatlarla işləyərkən Avropa İttifaqının məxfilik qaydalarını pozduğuna görə “WhatsApp” messencerinin işindən məsul olan şirkəti 5,5 milyon avro cərimələyib.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, bu barədə tənzimləyici rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, məlumatların Mühafizəsi Komissiyası bu gün “WhatsApp” messencer xidmətlərinin göstərilməsi ilə bağlı “WhatsApp Ireland Limited” şirkətinə qarşı araşdırmanı başa çatdırıb:

"Avropa Ümumi Məlumatların Qorunması qaydalarını pozduğuna görə “WhatsApp Ireland Limited” şirkəti 5,5 milyon avro cərimələnib. Şirkətə, həmçinin altı ay ərzində məlumatların emalı əməliyyatlarını Avropa İttifaqının tələblərinə uyğunlaşdırmaq tapşırılıb”.

Xəbər lenti