Logo

Texas mediasında 20 Yanvar faciəsindən bəhs edilib

20.01.2023 19:35 232 baxış
IMG

ABŞ-nin https://texas.statenews.net xəbər saytında “20 Yanvar – Qorbaçovun qanlı layihəsi” sərlövhəli məqalə yayımlanıb.

"Tehsil.biz"in məlumatına görə, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) İdarə Heyəti adından təqdim olunan məqalədə bildirilib ki, azərbaycanlılar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tanklarının və qoşunlarının Azərbaycanın paytaxtı Bakının küçələrinə dəhşətli, qeyri-insani qəddarlıq və zorakılıqla soxularaq, dinc əhaliyə qarşı qətliam törətməsini Qara Yanvar adlandırırlar.

1990-cı il faciəsinə gətirib çıxaran hadisələrin 1987-ci ildən başlayan proseslərlə – erməni separatçılarının Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri və Ermənistandakı azərbaycanlıların öz tarixi yurdlarından qovulması ilə əlaqədar olduğu vurğulanıb. Qeyd edilib ki, Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet rejimi erməni separatçılarının yerli və beynəlxalq qanun normalarına zidd hərəkətlərinin  qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib.

Nəzərə çatdırılıb ki, qanlı hadisələr zamanı Bakıda və Azərbaycan rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub. Sovet hərbçiləri tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlaklar məhv edilib: “Sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklər Nürnberq prosesi kimi tanınan 1945-1946-cı illərdəki beynəlxalq tribunalın mühakimə etdiyi hərəkətləri xatırladırdı”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

Xəbər lenti