Logo

Göygöl Peşə Məktəbinin təşkilatçılığı ilə tədbir keçirilib - FOTO

21.01.2023 10:53 517 baxış
IMG

Göygöldə “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu“ mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Göygöl Peşə Məktəbinin təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Kəmalə Nəhmədova çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Həmin dəhşətli günlərdə Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Sonra Göygöl Peşə Məktəbinin müəllim və şagirdləri mövzu ətrafında çıxışlar ediblər. Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

Xəbər lenti