Logo

AzTU basketbol komandası 6-cı turu da qalibiyyətlə başa vurub - VİDEO

21.01.2023 11:11 417 baxış
IMG

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Bildirilib ki, liqanın 6-cı turunda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 99:48 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. 

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Xəbər lenti