Logo

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat aparılır

21.01.2023 12:55 254 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə fevralın 12-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 1-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu günə olan məlumata görə, test imtahanında iştirak etmək üçün 777 (BA - 179, BB - 598) nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar.

Xəbər lenti