Logo

ADPU-nun prorektoru Türkiyə Məzunları Forumunda iştirak edib - FOTO

21.01.2023 17:42 83 baxış
IMG

Türkiyədə təhsil alaraq dünyanın müxtəlif ölkələrində karyeralarını davam etdirən məzunlar İstanbulda Türkiyə Məzunları Forumunda bir araya gəliblər.

Tehsil.biz xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi, Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən foruma 60 ölkədən ali təhsilini Türkiyədə başa vurmuş 200 məzun qatılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov forumda iştirak edib.

Forum çərçivəsində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun və bir çox rəsmilərin, alim və məzunların iştirakı ilə panellər keçirilib. Panellərdə çıxış edən məzunlar aldıqları təhsillə ölkələrinə qayıtdıqdan sonra əldə etdikləri nailiyyətlərdən danışıblar.

Magistratura və doktorantura təhsilini Türkiyədə almış E.Aslanov ölkə mediasına açıqlamasında deyib: “Azərbaycanlı tələbələrin qardaş Türkiyədə təhsil alması xüsusi bir fərqlilikdir. Biz burada təhsil almaqdan qürur duyuruq. Burada olduğum müddətdə müxtəlif ölkələrdən dostlar qazandım. Hamımız uğur qazanmışıq. Bu, Türkiyənin təhsil sisteminin çox uğurlu olduğunu göstərir. Türkiyədə doktorantura təhsilimi bitirdikdən sonra bir iş təklifi aldım. Amma mən öz ölkəmə getmək istəyirdim. Ölkəmizə xidmət bizim milli borcumuzdur”.

Xəbər lenti