Logo

Şagirdlərə təzyiq göstərən müəllimlə müvafiq söhbət aparılıb - RƏSMİ

21.01.2023 20:45 4034 baxış
IMG

19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb.

Bu barədə "Tehsil.biz"ə Bakı şəhəri 59 nömrəli məktəbdən məlumat verilib.

Bildirilib ki, müəllim bir neçə  şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, bu səbəbdən məlum vəziyyətin yarandığını nəzərə çatdırıb:

"Həmçinin belə halların təkrarlanmayacağını, şagirdlərini sevdiyini, mövzuları izah etmək üçün ancaq tədris prosesinə uyğun üsullardan istifadə edəcəyini bildirib.

Həmin gün valideynlərlə əlaqə saxlanılıb, onlar görüş üçün məktəbə dəvət olunublar. Şagirdlərin məqsədyönlü şəkildə şıltaqlıq edərək dərs prosesini pozması, müvafiq görüntüləri ictimailəşdirərək müəllim nüfuzuna xələl gətirən müzakirələrə səbəb olması onların valideynləri tərəfindən də qətiyyətlə qınanır, məsələnin məktəbdaxili müzakirələr çərçivəsində aydınlaşdırılmasını dəstəklədiklərini bildirirlər", - məlumatda qeyd olunub.

Xatırladaq ki, sosial şəbəkələrdə müəllimin sinifdə dərs zamanı şagirdləri ələ ala bilməməsi, onlara qarşı təzyiq göstərməsinin əks olunduğu görüntülər yayılmışdı.

Mərcanə Əsədova

Xəbər lenti