Logo

Gənclərin İnnovativ İdeya Qış Düşərgəsi keçiriləcək

22.01.2023 12:20 274 baxış
IMG

Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 4-9 fevral 2023-cü il tarixlərində Şəki şəhərində yerləşən Olimpiya İdman Kompleksində Gənclərin İnnovativ İdeya Qış Düşərgəsi keçiriləcək.

Tehsil.biz xəbər verir ki, fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, bu ideyaları öz işində tətbiq etməyi bacaran 23-29 yaş arası gənclər qış düşərgəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, düşərgə çərçivəsində Gənclərin İnnovativ İdeya Yarmarkası da təşkil olunacaq. Eyni zamanda, düşərgədə müasir dövrün tələblərinə cavab verən müxtəlif mövzulara həsr olunmuş təlim, mühazirə, seminar, debat, ustad dərslərinin keçirilməsi, eləcə də elmi-əyləncəli, intellektual oyunların, idman yarışlarının təşkili nəzərdə tutulub. 

Düşərgədə parlaq ideyaları ilə seçilən gənclər fərqləndiriləcək.

Xəbər lenti