Yanvarın 21-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran rayonu üzrə təhsil sektorunun və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anadan olmasının 113-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri, ümumtəhsil məktəblərin müəllim-şagird kollektivi, ziyalılar, şəhid ailə üzvləri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak edib.