Logo

"İran fars molla rejimi islamdan, insani dəyərlərdən çox uzaqdır"

23.01.2023 09:18 413 baxış
IMG

"Məscidləri dağıdan, təhqir edən bir ölkənin birinci xanımının İranda səfərdə olarkən məscidə getməsi əslində başqa mətləblərdən xəbər verir".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun fikirlərinə görə, II Qarabağ müharibəsindən öncəki davranışları, açıqlamları müharibənin gedişində isə qadınlardan ibarət qrup yaradıb əlinə silah alaraq azərbaycanlı qadın və uşaqları öldürmək istəyən Akopyanı İranda məscidə aparanlar da eyni xislətin daşıyıcılarıdır:

"Bütün bu faktlar bir daha göstərir ki, İran fars molla rejimi islamdan, insani dəyərlərdən çox uzaqdır. Əslində isə Akopyanın İranda məscidə getməsi bir Azərbaycanda təmsilində əks olunan “tülkü həccə gedir” fraqmenti ilə uzlaşır. Onlar elə məscidə gedən olublarsa, 30 ildə işğalda saxladığı məscidlərin birinin salamat qalmasına imkan verərdilər. Ona görə də, bütün bunlar İran və Ermənistan riyakarlığının növbəti təzahürü kimi izah olunur".

Xəbər lenti