Logo

BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin ilk təlimi keçirilib - FOTO

23.01.2023 10:55 85 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İnnovativ gənc mühəndislər” layihəsinin ilk təlimi keçirilib.

Tehsil.biz xəbər verir ki, layihə rəhbəri Orxan Güləhmədov təlimdə iştirak hüququ qazanmış gəncləri təbrik edib, layihənin seçim turları, qaliblərin seçilməsi prinsipləri barədə ətraflı məlumat verib.

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri Mustafa Muradov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, "Elm” İctimai Birliyinin sədri Səbuhi Abdullayev layihənin əhəmiyyətini vurğulayıb, gənclərin intellektual potensiallarının artırılmasındakı rolunu qeyd ediblər.

Layihənin təlimçisi Sara Rəhimzadə iştirakçılara müxtəlif tipli sensorların elektronik dövrələrinin, sxemlərin yığılması, onlara uyğun kodların yazılması,  LED işıqların proqram təminatı əsasında idarəsi, robototexnika və Arduino Uno haqqında ətraflı məlumat verib. Daha sonra komandalar praktiki tapşırıqları yerinə yetiriblər.

Təlimin ikinci mərhələsi yanvarın 28-də olacaq.

Xəbər lenti