Logo

Estoniya məktəblərində icbari hərbi təlim tətbiq oluna bilər

23.01.2023 12:53 275 baxış
IMG

Estoniya məktəblərində icbari hərbi təlim tətbiq oluna bilər.

Tehsil.biz "gazeta.ru"ya istinadən xəbər verir ki, bu təkliflə rəsmi olaraq ölkənin müdafiə naziri Hanno Pevkur çıxış edib.

Nazir məcburi dövlət müdafiə kursuna keçmək təklifi ilə çıxış etdiyini bildirib.

"Bu, məktəblilərin milli müdafiə ilə bağlı məlumatlılığını artıracaq və onlara böhran vəziyyətlərində necə davranmağı öyrədəcək", - deyə Pevkur deyib.

Ölkənin Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, bu məsələdə siyasi partiyalar arasında konsensus var və 2024-cü il sentyabrın 1-dən məcburi hərbi hazırlıq kursu tətbiq oluna bilər.

Xəbər lenti