Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Bak Avrasiya Universiteti (BAAU) arasında təlim xidmətlərinin göstərilməsi barədə əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə "Tehsil.biz"ə BAAU-dan bildirilib.
Qeyd olunub ki, Bakı Avrasiya Universitetinin akademik və inzibati heyətinə TKTA-nın Təlim və metodologiya şöbəsi tərəfindən daxili keyfiyyət təminatına dair təlimlər təşkil olunacaq.