Logo

Marneuli, Bolnisi və Tbilisidəki dərslərin mövzusu 20 yanvar hadisələrinə həsr olunub - FOTO

23.01.2023 14:59 354 baxış
IMG

Gürcüstanda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin və “Alyans” Gənclər Mərkəzinin dərsləri 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunub.

"Tehsil.biz"in məlumatına görə, öncə şagirdlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Hüquq və İnteqrasiya Mərkəzi”nin direktoru Rezo Həsənov, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin tarix müəllimi Nərgiz Nəbiyeva və “Alyans” Gənclər Mərkəzinin müəllimləri 20 Yanvar hadisələri ilə bağlı həqiqətləri şagirdlərin nəzərinə çatdırıblar. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə sovet qoşunlarının bölmələri qeyri-qanuni olaraq Azərbaycanın paytaxtı Bakıya və digər bir neçə şəhərinə yeridilib. Hadisələr zamanı günahsız dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. Onların arasında uşaqlar, gənclər, qadınlar və qocalar olub. Xalqımızın sovet rejiminin amansız qətliamından sarsılmadığı, milli azadlıq mübarizəsini davam etdirdiyi bildirilib. Qısa müddət sonra dövlət müstəqilliyinin bərqərar edilməsinə, 44 günlük Vətən müharibəsi dövründə isə Qarabağın işğaldan qurtulmasına nail olmaqla 20 Yanvar şəhidlərinin ruhu şad edilib.

Dərslərdə 20 Yanvar hadisələrini əks etdirən sənədli filmlər və videosüjetlər göstərilib.

“Alyans” Gənclər Mərkəzində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib.

Xəbər lenti