Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin 05 yanvar tarixində başlayan imtahan sessiyası uğurla davam edir.
Tehsil.biz xəbər verir ki, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.
16-22 yanvar tarixlərini əhatə edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 178 qrup üzrə 3341 tələbə ümumilikdə 298 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 98,6% olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.
Magistratura səviyyəsində 29 qrup üzrə ümumilikdə 35 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100% olub.
Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Əməkdaşlardan ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Hər həftə keçirilən “Açıq qapı” Günündə tələbələri və valideynləri maraqlandıran suallar universitetin rektoru tərəfindən cavablandırlır.
Universitetdə payız semestrinin imtahan sessiyası cari ilin 01 fevral tarixinədək davam edəcək.