Logo

UNEC-də Xanım Tədqiqatçılar Şurası fəaliyyətə başlayıb

23.01.2023 16:19 83 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xanım Tədqiqatçılar Şurası (XTŞ) fəaliyyətə başlayıb.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, şura ictimai, siyasi elmlər, beynəlxalq hüquq, siyasi iqtisadiyyat və digər əlaqəli sahələrdə elm və təhsil layihələri üzrə ölkə daxilində və xaricində qadın tədqiqatçıların və alimlərin beynəlxalq tədqiqat şəbəkəsidir. XTŞ-nin yaradılmasında məqsəd sosial elmlərin ən aktual mövzuları üzrə yerli və beynəlxalq qadın tədqiqatçıları, alimləri bir araya gətirərək elmə töhfələr verməkdir.

XTŞ-nin rəhbəri Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyevadır.

Xəbər lenti