ADA universitetinin tələbəsi faciəvi şəkildə ölüb.
"Tehsil.biz"in məlumatına görə, ali məktəbin İnformatika və mühəndislik fakültəsinin tələbəsi Rauf Babayev Qusar rayonunda baş verən dəhşətli yanğında dünyasını dəyişib.
R.Babayev ADA universitetinə 670 bal toplayaraq daxil olmuşdu.
Qeyd edək ki, yanvarın 22-də Qusarda yerləşən tanınmış "Park Qusar" hotelində yanğın baş verib. Yanğın zamanı 4 nəfər - Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Dadaşov Rüstəm adlı şəxslər ölüb. Digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.