Logo

"Müəllim döyməməlidir, döyə bilməz, bu üsul bir tərbiyə deyil"

23.01.2023 17:34 715 baxış
IMG

"Müəllim döyməməlidir, döyə bilməz. İnsan insanı da, heyvanı da döyməməlidir. Bu üsul bir tərbiyə deyil".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Qoşqar Məhərrəmov bildirib.

Onun sözlərinə görə, müəllim çılğın, müəllimi hiddətə gətirməyə hazır uşaqların qarşısına səlahiyyətləri alınmış, küskün, zəif və iradəsiz çıxarılmamalıdır:

"Hamı hüquq və vəzifələrini bilməlidir. Kim hüququ pozur, vəzifəsini yerinə yetirmirsə, şagirdlər də daxil olmaqla uzaqlaşdırılmalıdır. 

Direktor bu məqamda güclü obraz olmalı, müəllimi incidən şagirdləri birbaşa öz yanına çağırmalı, lazımi tədbirlər görməlidir".

Mərcanə Əsədova

Xəbər lenti