Logo

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib

23.01.2023 18:39 126 baxış
IMG

Dövlət İmtahan Mərkəzində yanvarın 23-də Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, gündəlik məsələlər tam (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabçaların müzakirəsi olub.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qruplarının növbəti iclası 30 yanvar 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti