Logo

Ədəbiyyat İnstitutunun əməkdaşının videotəqdimatı Çində sertifikata layiq görülüb - FOTO

23.01.2023 19:35 69 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Nərgiz Kərimova Çin dili biliklərini təkmilləşdirmək məqsədilə Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Xarici Dil Mübadiləsi və Əməkdaşlıq Mərkəzinin ev sahibliyi etdiyi və Anxoy Universitetinin Beynəlxalq təhsil şöbəsi tərəfindən keçirilən “Anxoy Universitetinin Çin dili körpüsü” adlı onlayn təhsil düşərgəsində iştirak edib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Qeyd olunub ki, düşərgədə iki həftə ərzində peşəkar müəllimlər tərəfindən Çin dili, mədəniyyəti, tarixi haqqında dərslər keçirilib. 17 ölkədən 130-dan çox iştirakçının qatıldığı düşərgədə müxtəlif mövzular üzrə təqdimatlar nümayiş etdirilib.

Tədbirdə Nərgiz Kərimova “Gözəl Anxoy məni gözləyir” mövzusunda videotəqdimatla çıxış edib və 130 iştirakçı arasında III yeri tutaraq müvəffəqiyyət sertifikatına layiq görülüb.

Xəbər lenti