Rusiya Federasiyasının Təhsil Nazirliyi “İlin müəllimi” müsabiqəsinin qalibinə 1 milyon rubl ödəməyi təklif edib.
Tehsil.biz rus mətbuatına istinadən xəbər verir ki, müvafiq layihə normativ hüquqi aktların layihələrinin rəsmi internet portalında dərc olunub.
Layihə müsabiqənin qaliblərinin hər biri üçün 500 min rubl məbləğində pul mükafatını nəzərdə tutur.
Bundan əlavə, “Rusiya ilinin müəllimi”, “Rusiya ilinin direktoru”, “Rusiyanın pedaqoq-psixoloqu”, “Rusiyanın müəllim-defektoloqu”, “magistr” peşə müsabiqələrinin qaliblərinin həvəsləndirilməsi təklif olunur. Onlar üçün mükafatın məbləği 2023-cü ildən başlayaraq 200 min rubl təşkil edəcək.