Logo

ADPU-da Beynəlxalq Astronavtika Konqresi ilə bağlı məlumatlandırıcı görüş keçirilib

24.01.2023 09:21 329 baxış
IMG

Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının tələbələrinin Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) təhsil və tanıtım üzrə meneceri İmran Muxtarovla görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Yerin müşahidəsi, rabitə, naviqasiya, insanın kosmosa uçuşu və kiçik peyklər, hazırkı və gələcək əməliyyat tətbiqləri, təhsil, siyasət, iqtisadiyyat, tarix və hüquq da daxil olmaqla kosmosun cəmiyyətlə qarşılıqlı əlaqəsi haqqında tələbələrə məlumat verilib.

Sonda müsabiqədə iştirak etmək şərtləri, elm və tədqiqat, tətbiqlər və əməliyyatlar, texnologiya, infrastruktur, kosmos və cəmiyyət mövzularında məqalələrin yazılma qaydaları haqqında izahat verilmiş və tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti