Logo

YARAT-da “Çılpaq” filminin premyerası olacaq

24.01.2023 11:41 68 baxış
IMG

Fevralın 2-də YARAT Müasir İncəsənət Mərkəzində rejissor Hikmət Rəhimovun “Çılpaq” filminin premyerası olacaq.

YARAT-dan "Tehsil.biz"ə bildirilib ki, film, ucqar kəndlərinin birində yaşayan ailənin sağ qalmasından bəhs edən ailə dramıdır.

Burada çətin həyat durumları və hadisələri ilə üzləşən insanların qəbul etdiyi, bəzən anlaşılmaz olan qərarlara nəzər salınır.

Filmin baş qəhrəmanı Sabir, var gücü ilə məhdud bir məkanda ailəsi üçün layiqli həyat qurmağa çalışarkən öz məsumluğunu itirir və gələcəyini puç edir.

Filmin premyerasında iştirak etmək istəyənlər https://cutt.ly/X9fURj4 linkindən qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti