Bu həftə məktəblilərin qış tətili başlayır.
Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.
O bildirib ki, ümumtəhsil müəssisələrinin bütün səviyyələri üçün 27-31 yanvar tarixləri (5 gün) qış tətili günləridir.
C.Valehov qeyd edib ki, tətildən sonrakı ilk dərs günü fevralın 1-də olacaq.