Logo

BAAU-da qış imtahan sessiyası davam edir - FOTO

24.01.2023 13:37 342 baxış
IMG

Bakı Avrasiya Universitetində (BAAU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

Tehsil.biz xəbər verir ki, imtahan sessiyası müddətində şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi,sessiyanın gedişində baş verə biləcək neqativ hallarla bağlı məlumat və şikayətlərin operativ qəbulunu təmin etmək üçün “Qaynar xətt” və “İmtahan qərargahı” fəaliyyət göstərir.

Eyni zamanda imtahan prosesi müşahidə kameraları vasitəsilə canlı izlənilir.

Məlumat üçün qeyd edək ki İmtahanlar yazılı formada təşkil olunub.

Sessiyanın gedişinə imtahan qərargahının nəzarətçilər qrupu nəzarət edir və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə rektorun 19 dekabr 2022-ci il tarixli əmri ilə Apelyasiya Komissiyası yaradılıb ki, bu da sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını opertiv təmin edir.

Sessiya fevralın 5-dək davam edəcək.

Xəbər lenti