Logo

Zelenski müharibə ilə bağlı filmə çəkildi - FOTO

24.01.2023 13:57 73 baxış
IMG

Amerikalı aktyor və rejissor Şon Penn 73-cü Berlin Film Festivalında Ukraynada baş verən hadisələrdən bəhs edən “Super güc” sənədli filmini təqdim edəcək.

Tehsil.biz "Kulis.az"a istinadən xəbər verir ki, film Ukrayna hadisələrindən bəhs edən digər filmlərlə yanaşı müsabiqədənkənar proqram çərçivəsində nümayiş etdiriləcək. Filmdə Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirak etdiyi bildirilir.

Ukrayna prezidenti bir müddət əvvəl bu barədə açıqlama vermişdi: “Şon Penn işğalın ilk günündən Kiyevdə idi və rus təcavüzünün nə olduğunu öz gözləri ilə gördü. Tezliklə bütün dünya onun filmi sayəsində müharibə ilə bağlı bütün həqiqətləri görə biləcək”.

Penn Ən Yaxşı Aktyor nominasiyasında iki dəfə 2004-cü ildə və 2009-cu ildə Oskar qazanıb.

Qeyd edək ki, 73-cü Berlin Beynəlxalq Film Festivalı fevralın 16-dan 26-dək keçiriləcək.

Şon Penn Rusiyanın Ukraynaya qarşı müharibəsini lentə alacaq - VİDEO -  Sonxeber.net

Xəbər lenti