Logo

Xəzər Universitetinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində - FOTO

24.01.2023 14:14 70 baxış
IMG

Xəzər Universitetinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində deputat, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım və Kırşehirli deputat Hacı Turanla görüşüb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, görüşdə deputatlar Azərbaycan-Türkiyə dostluq əlaqələrindən danışıblar.

Türkiyənin Gənclər və İdman Nazirliyinin rəhbəri Numan Nafiz Şahin Xəzər Universiteti ilə həyata keçirilən mübadilə proqramı haqqında məlumat verib.

Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru, qrupun rəhbəri Əlövsət Əmirbəyli beynəlxalq mübadilə proqramlarının gənclər üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Xəbər lenti