Logo

ATMU-da qış imtahan sessiyası davam edir

24.01.2023 14:42 418 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

ATMU-dan "Tehsil.biz"ə bildirilib ki, sessiyanın fevralın 3-də yekunlaşacağı planlaşdırılır.

Qiyabi formada təhsil alan tələbələr üçün imtahan sessiyası isə yanvarın 25–dən fevral 1-dək təşkil ediləcək. Bakalavriat səviyyəsində 14 ixtisas üzrə təhsil alan 1698, magistratura səviyyəsində isə 11 ixtisaslaşmada təhsil alan 282 tələbənin qış imtahan sessiyasında iştirakı nəzərdə tutulub. Sessiya zamanı üzrlü səbəblərdən iştirak etməyən tələbələrə fevralın 9-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Qeyd edək ki, sessiyanın gedişatına nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə ATMU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt” fəaliyyət göstərir. Apellyasiya Komissiyası sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edir.

Xəbər lenti