Logo

Gəncədə tədris mərkəzində yanğın olub

24.01.2023 14:58 495 baxış
IMG

Gəncə şəhərində tədris mərkəzində yanğın olub.

Tehsil.biz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 1140 m² (hər mərtəbəsi 380 m²) olan üçmərtəbəli tədris mərkəzinin 2-ci mərtəbəsində bir otağın tavanı 3 m² sahədə yanıb. Tədris mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti