Elm və təhsil naziri Emin Əmrullayevin müavini Firudin Qurbanovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşılıb.
Məlumatı dəqiqləşdirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən "Tehsil.biz"ə məlumatın həqiqətə uyğun olmadığı bildirildi.
Qeyd edək ki, Firudin Qurbanov 2014-cü ildən etibarən elm və təhsil nazirinin müavini təyin edilib.