Logo

Gömrük Akademiyasında ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığı ilə görüş keçirilib - FOTO

24.01.2023 18:33 83 baxış
IMG

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının rəhbərliyi və Koreyanın “HO Entertainment Corp” şirkətinin nümayəndələri Akademiyaya səfər ediblər.

Tehsil.biz xəbər verir ki, akademiyada gömrük əməkdaşları üçün təşkil edilən və “HO Entertainment Corp” şirkəti tərəfindən təchiz edilən “ÜGT Virtual Reallıq Təlim Proqramı” çərçivəsində baş tutan görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının rəhbəri Taeil Kang, Direktoratlığın Regional İnkişaf Meneceri Daşqın Əliyev, ÜGT-nin, “HO Entertainment Corp” şirkətinin, Dövlət Gömrük Komitəsinin nümayəndələri və Akademiyanın əməkdaşları iştirak ediblər.

Görüşdə qonaqları salamlayan Akademiyanın rəisi Qulu Novruzov ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığının Akademiyaya növbəti səfərindən olduqca məmnun olduğunu bildirib. Q. Novruzov Azərbaycan və ÜGT strukturları arasında sıx əməkdaşlıq əlaqələrindən söz açaraq Akademiyanın fəaliyyəti, inkişaf istiqamətləri haqqında bəhs edib. Akademiya rəisi səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə göstərilən dəstəyə görə ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığına öz minnətdarlığını bildirib.

Direktoratlığın rəhbəri Taeil Kang Akademiyanın fəaliyyətini, gömrük əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətindəki rolunu yüksək qiymətləndirərək ÜGT-nin Azərbaycanda gömrük strukturlarının, xüsusilə kadr potensialının daha da inkişaf etdirilməsində dəstəyindən və əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

Daha sonra görüşdə Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov Akademiyanın ümumi fəaliyyəti, beynəlxalq əlaqələri və layihələr haqqında məlumat verərək, ÜGT-nin Regional Təlim Mərkəzi olan Akademiya ilə ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığı kadr potensialının gücləndirilməsi sahəsində əlaqələri, xüsusilə, Virtual Reallıq texnologiyası vasitəsilə təlimlər, ÜGT-nin CLiKC! E-learning platformasının Akademiya tərəfindən Azərbaycanda milli koordinasiyası, Direktoratlıqla gələcəkdə nəzərdə tutulan digər əməkdaşlıq imkanları barəsində geniş təqdimatla çıxış edib.

Xəbər lenti