Logo

AzMİU tələbələri Mərkəzi Bankın müsabiqəsində qalib olublar

24.01.2023 19:04 91 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) biznesin iqtisadiyyatı və menecmenti kafedrası ilə Mərkəzi Bank arasındakı əməkdaşlığa əsasən AzMİU-nun 60 tələbəsi Mərkəzi Bankın Virtual Təhsil Platformasında yerləşdirilmiş kurslar üzrə müsabiqədə iştirak edib.

Tehsil.biz xəbər verir ki, müsabiqədə iştirak edən tələbələrdən Nigar Mirzəyeva, Nuriyyə Şəfizadə və Zülfiyyə Əlizadə  qalib olublar. Həyat Ağayeva, Tükəzban Hüseynova, Aygün Quliyeva, Tünzalə Şahbazova və Lalə Abdurəhmanova isə müsabiqədə fərqləniblər.

Qalib olan və fərqlənən tələbələrə Mərkəzi Bank tərəfindən sertifikat və hədiyyələr təqdim edilib.

Müsabiqədə uğur qazanan tələbələrlə AzMİU-nun biznesin iqtisadiyyatı və menecmenti kafedrasında görüş keçirilib. Görüşdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, kafedranın müdiri Məhəbbət Məmmədov və kafedranın müəllimləri iştirak ediblər.

Görüşdə O.Naqdiyev və M.Məmmədov tələbələri qazandıqları uğura görə təbrik ediblər.

Xəbər lenti