Logo

Azərbaycanlı alim beynəlxalq jurnalın rəyçi sertifikatına layiq görülüb

24.01.2023 21:05 225 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “Wiley” nəşriyyatının “CAAI Transactions on Intelligence Technology” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan bildirilib ki, Çinin Süni İntellekt Assosiasiyasının İngiltərənin Mühəndislik və Texnologiya İnstitutu ilə birgə nəşr etdirdiyi bu jurnal yüksək impakt faktoruna malikdir.

Jurnalda süni intellekt texnologiyalarının fundamental elmi-nəzəri və praktik problemlərinə həsr olunmuş yüksək keyfiyyətli məqalələr dərc olunur.

Xəbər lenti