Naxçıvan məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” guşələri yaradılır.
Tehsil.biz “Report”a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” adlı guşlərin yaradılması nəzərdə tutulub.
Artıq hər iki guşənin ilkin layihələri hazırlanıb. Məqsəd Vətən Müharibəsində qazandığımız tarixi qələbəni, qəhrəman Ordumuzun zəfər yolunu təbliğ etmək, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək, məktəblilərdə hərbi vətənpərvərlik ruhunun yüksədilməsinə xidmətdir.
Nazirlikdən bildirilib ki, layihə təsdiqləndikdən sonra ümumtəhsil məktəblərinin foyesində sözügedən guşələr yaradılacaq.